“WhatsApp” imesenceri stifadəçi müqaviləsinə tətbiq etməyi planlaşdırdığı yeniləmənin icrasını təxirə salıb.
Bu barədə şirkət rəhbərliyi bəyanat yayıb.
Bəyanatda bildirilir ki, yeniləmənin tətbiqetmə tarixi 8 fevraldan 15 may tarixinə keçirilib.
Xatırladaq ki, dünyanın ən çox işlədilən messenceri “WhatsApp” 2021-ci ilin 8 fevral tarixindən yeni xidmət şərtlərinin və yeni gizlilik siyasətinin tətbiq olunacağını bildirmişdi.
Yeni siyasətə görə, istifadəçilərə dair məlumatlar messencerin sahibi olan “Facebook” şirkətinə ötürüləcək. Bu, narazılığa və etirazlara səbəb olmuşdu