Əsrlərə meydan oxumuş Nur: Qədim Alban məbədi məhv olmaq üzrədir – VİDEOREPORTAJ

0
343

Balakən rayonunun Tülü və Talalar kəndlərinin yaxınlığında yerləşən Nur kilsəsi Alban dövrünün erkən xristian abidələrindən hesab olunur. 

Abidə düzbucaqlı olmaqla, iki hissədən ibarətdir. Birinci hissə 10 metrlik ibadət zalı, ikinci hissə isə IX-XI əsrlərdə inşa edilmiş Zəy qülləsidir.

Abidənin baxımsız vəziyyətdə olması Balakən sakinlərini və tarixiçiləri narahat edir. Tarixçi Akif Məmmədli bildirir ki, təqribən 20-30 il öncəyə qədər abidəyə dayanıqlılıq və gözəllik verən Zəy qülləsinin sütunları qalmaqda idi. Ancaq hazırda qüllənin sütunlarından biri dağılaraq, ətrafa səpələnib. 

Tarixçinin sözlərinə görə, abidənin V əsrdə inşa edilməsi ehtimal olunur. Əgər burada arxeoloji qazıntılar aparılarsa, alt hissədə daha bir ay məbədinin də olması ehtimallar arasındadır. 

Abidə hazırda baxımsız vəziyyətdədir və restovrasiyaya ehtiyacı var.

Bununla bağlı Mədəniyyət Nazirliyinin Balakən rayonu üzrə abidələrinin mühafizəsi xidmətinə müraciət etdik.

Abidə mühafizəçisi Nizami Mahmudov şifahi olaraq Baku TV-yə bildirdi ki, Balakəndə olan abidələrin bir çoxu restovrasiya olunmalıdır.

Bununla bağlı artıq Mədəniyyət Nazirliyinə müraciət də ediblər. Yaxın zamanlarda abidələrin rastavrasiyasına başlanılması gözlənilir. Onların arasında Nur kilsəsi də olacaq.