Əsir və girovlar yaxın vaxtlarda dəyişdirilə bilər – AÇIQLAMA

0
763
Bu barədə Azərbaycanlı əsir və girovlarla bağlı məlumat mərkəzinin kordinatoru Əhməd Şahidov deyib.
O bildirib ki, girovların azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar və Ermənistan qarşısında dəfələrlə məsələ qaldırılsa da, hələ ki, müsbət nəticə yoxdur.
Əhməd Şahidov bildirib ki, Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyana görüşü, xarici işlər nazirlərinin son Moskva görüşündən sonra humanitar addımlar adı altında müəyyən fəaliyyətlərin olması barədə ilkin razılaşmalar var. Bu humanitar addımlar arasında ilk sıralarda əsir və girovların dəyişdirilməsi məsələsi dayanır.
Əhməd Şahidov qeyd edib ki, əsir və girovların dəyişdirilməsi ilə bağlı Azərbaycanın mövqeyi qətidir. Belə ki, Azərbaycan “hamının-hamıya” prinsipini irəli sürüb.
Əhməd Şahidov vurğulayıb ki, yaxın vaxtlarda əsir və girovlarin dəyişdirilməsi ilə bağlı konkret addımların atılacağı gözlənilir. ”Düşünürəm ki, əsir və girovların dəyişdirilməsi yaxın vaxtlarda baş tutacaq”,-deyə Əhməd Şahidov qeyd edib.