Cəbhə xəttində öldürülən Azərbaycan Ordusunun hərbi qulluqçusunun meyiti neytral ərazidən götürülüb.
BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Axar.az-a açıqlamasında bildirib ki, dünən BQXK tərəflərin müraciəti və razılaşması ilə neytral vasitəçi olaraq həlak olan şəxsin nəşinin təmas xətti ərazisindən çıxarılması əməliyyatında iştirak edib.
Qeyd edək ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.