Əsgər getməmək üçün 81 yaşlı dayısı qızı ilə evləndi – Foto

0
430

Ukraynada hərbi xidmətdən yayınmaq istəyən 24 yaşlı gənc qəribə yola əl atıb.

Aleksandr Kondratyuk 81 yaşlı əqli qüsurlu dayısı qızı ilə evlənib. Ukrayna qanunvericiliyinə görə, fiziki məhdudiyyətli həyat yoldaşına qulluq edən şəxslər hərbi xidmətdən azad oluna bilərlər. Bu səbəbdən Aleksandr özündən 57 yaş böyük Zinaida İllarionovna ilə evlənib.

Jurnalistlər məsələdən xəbər tutduqdan sonra qadınla əlaqə saxlayaraq ondan gənc ərinin məqsədini soruşublar. Zinaida iddiaları rədd edərək ərinin ona çox yaxşı baxdığını deyib. Qonşular isə əksinə, Aleksandrın Zinaidanın evinə gəlmədiyini bildiriblər.

Bununla belə, Aleksandr 81 yaşlı qohumu ilə nikah şəhadətnaməsini sübut olaraq komissarlığa təqdim edib və hərbi xidmətdən yayınıb.