Ərzaq malları ilə bağlı şad xəbər

0
866

“Karmen” ununun topdansatış qiyməti aşağı düşdü Əsas tələbat məhsullarından olan un istehsalı və satışını həyata keçirən “Karat Holdinq” MMC unun topdansatış qiymətini aşağı salıb.

Bu haqda şirkətdən verilən məlumata görə, idxal buğdasının alış qiymətində son günlərdə baş vermiş enmələr istehsal olunan unun maya dəyərinin aşağı düşməsi imkanı yaradıb və bununla əlaqədar unun topdansatış qiyməti aşağı salınıb. Belə ki indiyədək topdansatış qiyməti 25.95 manat olan 1 kisə 50 kq-lıq “Karmen” ununun topdansatış qiyməti bu gündən 25,45 manat müəyyən edilib.

Məhsulun topdansatış qiymətində baş vermiş ucuzlaşma tezliklə həmin məhsulların pərakəndə satış qiymətinin də ucuzlaşmasına səbəb olacaq.