Ərdoğanla Zelenski telefonla danışdılar: Türkiyə lideri silahsızlaşdırılmış zonanın yaradılmasını təklif etdi

0
209

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

İki ölkənin liderləri Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni məlumatları qiymətləndiriblər.

Ərdoğan Rusiya ilə Ukrayna arasında uzun müddətdir üzərində çalışdıqları əsir mübadiləsinin uğurla başa çatmasından məmnunluğunu ifadə edib.

Ukrayna taxılının Qara dənizdən ixracına dair razılaşmanın işə yaradığını bildirən Türkiyə başçısı Zaporojye atom elektrik stansiyası kontekstində də oxşar yanaşmanın tətbiq oluna biləcəyini və stansiyanın ətrafında silahsızlaşdırılmış zonanın yaradılması üçün lazımi vasitəçilik və asanlaşdırma təklifinin etibarlı olduğunu bildirib.

Ukraynanın bəzi bölgələrində Rusiyanın nəzarəti altında birtərəfli referendumların keçirilməsinin diplomatik prosesin canlandırılması səylərini çətinləşdirəcəyini qeyd edən Ərdoğan müharibənin sülh danışıqları yolu ilə həllinə hər cür töhfə verməyə hazır olduqlarını vurğulayıb