Ərdoğanla Putin işğal məsələsini müzakirə edəcək

0
329

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olacaq.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.

Onun sözlərinə görə, liderlər arasındakı müzakirənin predmeti Liviyanın şərqindəki qiyamçı general Xəlifə Haftarla Liviya Milli Barışıq Hərəkatı arasındakı müharibə olacaq.

Qeyd edək ki, Ərdoğan ötən gün TRT kanalında yayımlanan proqramda Liviyadakı proseslər mövzusunda həmkarı Putinlə müzakirələr aparacağını açıqlamışdı.

Xatırladaq ki, sözügedən müharibədə Türkiyə və Rusiya orduları fərqli cəbhələrdə iştirak edir.