Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya Kansleri Angela Merkel arasında görüş keçirilib.
Görüş videokonfrans formatında baş tutub.
Türkiyə Prezident Administrasiyasından verilən məlumata əsasən, görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu, Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik, Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, eləcə də Prezidentin sözçüsü İbrahim Kalın iştirak edib.