Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda Türk Şurasının 7-ci zirvə toplantısında çıxışında müəyyən hissəsi İnstaqram səhifəsində paylaşılıb.
Regiondakı mürəkkəb geosiyasi vəziyyətdən bəhs edən dövlət başçısı Türkiyənin qətiyyətlə terror ünsürlərini məhv edəcəyini açıqlayıb. Ərdoğan “Sülh çeşməsi” əməliyyatının Kipr Sülh Hərəkatı qədər önəm daşıdığını vurğulayıb.
Türk lider çıxışının sonunda Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz” ifadəsini işlədib.
Sözügedən çıxışın videosu sosial şəbəkədə 150 mindən çox baxış sayı toplayıb və artmaqda davam edir.