“Seçkilərin daha erkən keçirilməsi ilə bağlı qiymətləndirmə aparırıq”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin tarixi ilə bağlı verilən suala cavab olaraq deyib.
Seçkilərin daha erkən tarixdə keçirilməsinə dair sualı cavablayan Türkiyə lideri bildirib ki, ictimaiyyət arasında danışılan hər şey hakimiyyətin gündəmindədir.
“Sular durulana konkret nəsə demək mümkün deyil. Seçkilərin daha erkən tarixdə keçirilməsi ilə bağlı qiymətləndirmə aparırıq”, – deyə Ərdoğan qeyd edib.