Ərdoğandan sərt etiraz:”Trampın “Yaxın Şərq sülh planı” işğal və ilhaq planıdır”

0
522

“Donald Trampın “Yaxın Şərq sülh planı” işğal və ilhaq planıdır”. 

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentinin “əsrin müqaviləsi” adı qoyulan İsrail-Fələstin münaqişəsinin dinc yolla həlli planına münasibət bildirərkən deyib.

“Qüds probleminə sahib çıxırıq, nə lazım gələrsə etdik, edəcəyik. Açıqlanan planın yeganə hədəfi 70 ildir aramsız davam edən İsrailin işğal siyasətinə legitimlik qazandırmaqdır. Fələstinli qardaşlarımızın razı olmadığı bir plana əsla dəstək olmayacağıq”, – o qeyd edib.

Xatırladaq ki, yanvarın 28-da ABŞ prezidenti Donald Tramp “əsrin müqaviləsi” adı qoyulan İsrail-Fələstin münaqişəsinin dinc yolla həlli planının başlıca müddəalarını açıqlayıb. Daha çox İsrailin xeyrinə olan bu plan gələcəkdə məhdud səlahiyyətli Fələstin dövlətinin qurula biləcəyini nəzərdə tutur