Ərdoğandan nüvə silahı barədə ŞOK AÇIQLAMA – Ankaranın gizli planı var?

0
551

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın nüvə silahı barədə bəyanatı dünya mediasında “bomba effekti” yaradıb.

Ərdoğanın ilk dəfə nüvə silahı barədə istəkli danışması “Reuters”, “AFP” agentliklərinin,  “Fox News” və “Bloomberg” televiziyalarının, “Times of İsrael” qəzetinin,  “Newsweek” nəşrinin və digər qabaqcıl media orqanlarının əsas gündəmi olub. Qeyd edək ki, ötən gün Ərdoğan Sivas şəhərindəki çıxışı zamanı belə deyib:

“Bəzi dövlətlərin arsenalında nüvə başlıqlı raketlər var. Bir-iki dənə deyil, çox saydadır. Amma mənim əlimdə nüvə silahının olmasını istəmirlər. Bunu qəbul edə bilmərəm. Hazırda inkişaf etmiş ölkələrin hamısında nüvə başlığı var. Bizə isə nüvə silahı əsla əldə etməyin deyirlər”.

Ərdoğanın nüvə silahı ilə bağlı hərəkətə keçib-keçmədiyinə toxunmaması xarici mediada müzakirələrə yol açıb.