Ərdoğandan KRİTİK AÇIQLAMA: “Bu, Türkiyənin təhlükəsizliyinə təhdiddir”

0
183

“Türkiyə BMT Təhlükəsizlik Şurasında, Beynəlxalq Atom Enerjisi Agentliyində (MAQATE) təşəbbüs göstərəcək və İsrailin atom bombasına malik olmasını müzakirə edəcək”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, İsraildə atom bombasının olması regionun, o cümlədən Türkiyənin təhlükəsizliyinə təhdiddir. O qeyd edib ki, lazımi orqanlara şikayət edib.

Ərdoğan həmçinin İsrailin nüvə silahına malik olduğunu etiraf etməsindən sonra BMT Təhlükəsizlik Şurası və MAQATE-ni fəaliyyətsizlikdə ittiham edib.

Bundan əvvəl Türkiyə lideri bəyan etmişdi ki, İsrail Qəzza zolağına humanitar yardımın çatdırılmasına mane olmağa çalışır. Onun sözlərinə görə, bütün dünya ictimaiyyəti, xüsusən də müsəlman dövlətləri Fələstin xalqına kömək etmək üçün səfərbər olmağa borcludurlar.