Ərdoğandan Ermənistana çağırış: “Azərbaycanla sülh müqaviləsi imzalayın”

0
204

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanı Azərbaycanla sülh müqaviləsi imzalamağa çağırıb.

Dövlət başçısı bunu Praqada mətbuat konfransı zamanı bəyan edib.

O, qeyd edib ki, Türkiyə Ermənistanla normallaşma prosesində heç bir ilkin tələb irəli sürmür.

“Bizim ilkin şərtimiz yoxdur. Sadəcə olaraq Azərbaycanla aranızda sülh müqaviləsini imzalayın deyirik. Bundan sonra bizimlə bağlı heç bir problem qalmaz”, – deyə Ərdoğan bildiirb.

Prezident vurğulayıb ki, Türkiyə-Ermənistan-Azərbaycan münasibətlərini tez bir zamanda istiləşdirmək və bu məsələni həll etmək istəyir.