
“Qarabağ azərbaycanlı qardaşlarımızın torpaqlarıdır və 28 ildir ki, işğal altında idi”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofya məscid muzeyində çıxış edərkən bildirib.
O, bu reallığı ABŞ-ın da, Rusiyanı da qəbul etdiyini vurğulayıb:
“Fransa da qəbul edirdi. İndi isə fərqli yollara baş vurublar. Azərbaycanlı qardaşlarımız öz göbəklərini kəsdi və vəziyyət indiki hala gəldi. Xeyirli olsun deyirəm”, – deyə o əlavə edib.
Türkiyənin dövlət başçısı, həmçinin 8 dekabrda Bakıya gələcəyini deyib.
“Mən də Bakıdakı tədbirə həyat yoldaşım ilə birlikdə qatılacam”, – deyə o, vurğulayıb.