Ərdoğandan ABŞ-a: Sən malımızı niyə vermirsən?

0
553

Sən müştərinin malını niyə vermirsən? Bunun adı qəsb etməkdir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın F-35 təyyarələrini sözügedən ölkəyə satmaq istəməməsinə münasibət bildirərkən deyib.

“Siz bir müştəri axtarırsınızsa və o müştəri ödənişləri edibsə, sən onun malını necə verə bilməzsən? Bunun adı qəsb etməkdir. Biz bu günə qədər 1,4 milyard dollar ödəniş etmişik”, – Ərdoğan söyləyib.

Qeyd edək ki, Türkiyə Rusiya ilə S-400 raket əleyhinə müdafiə sistemlərinin alınması ilə bağlı saziş imzaladıqdan sonra ABŞ F-35 təyyarələrinin Türkiyəyə təhvil verilməsini yubadır. Hətta Vaşinqton ABŞ-da F-35 proqramında iştirak edən türk pilotların Türkiyəyə geri göndərilməsi barədə qərar verib.