Ərdoğan və Əliyevdən “Qardaş yumruğu” təlimində mesaj

0
260

Türkiyə milli müdafiə naziri Hulusi Akar və Azərbaycan müdafiə naziri Zakir Həsənovun “Qardaş yumruğu” hərbi təlimlərini izlədiyi mərasimdə iki qardaş ölkənin liderlərinin hərbçilərə müraciəti ünvanlanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müraciətini Zakir Həsənov, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın müraciətini Hulusi Akar çatdırıb.

Hərbi təlimlərin uğurla başa çatması münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır.

“Bu təlimlərin adı “Qardaş yumruğudur”. Bu, Türkiyə-Azərbaycan birliyinin təzahürüdür. Birliyimiz sarsılmazdır, əbədidir. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı”, – dövlət başçısı qeyd edib.

Prezident Rəcəb Tayyip Ərdoğan təlimdə iştirak edən hərbçilərə xitabən, “sizlər dostlara güc, düşmənlərə qorxu verdiniz”.

Ərdoğan Türkiyə və Azərbaycanın belə təlimlərlə birliyini gücləndirərək, gələcəyə daha qüvvətli şəkildə gedəcəyini qeyd edib.

“Bu təlimlər də göstərdi ki, biz bir-birimizlə əl-sümük kimiyik. Heç kim bizi bir-birimizdən ayıra bilməz, Allahın köməyi ilə də ayıra bilməyəcəkdir”, – deyən Ərdoğan göstərdiyi qardaşlıq və sevgi münasibətinə görə İlham Əliyevə təşəkkür edib.