Ərdoğan Ukraynaya səfərə yollanır

0
313

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Ukraynaya səfər edəcək.

Bu barədə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın məlumat verib.

“Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyi azaltmaq üçün istənilən rolu oynamağa hazırdır. Biz bunu həm Rusiya və Ukraynanın dostu, həm də NATO müttəfiqi kimi edirik”, – deyə İbrahim Kalın vurğulayıb.