Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının təşəbbüsü ilə Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib.
Hər il olduğu kimi, bu dəfə də tədbir ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutub.
Artıq ənənə halını alan “Səfirlərin iftarı”nda bir çox ölkələrin diplomatik nümayəndələri ilə yanaşı, Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar və onun rusiyalı həmkarı Aleksey Yerhov da iştirak edib.
Mənbə: “Haber Global”