Ərdoğan: “Türkiyənin terrorla mübarizə planları heç kimi narahat etməməlidir”

0
164

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra Ankaranın qonşu İraq və Suriyada yerləşən PKK silahlılarına qarşı durmaq əzmində olduğunu təsdiqləyib.

Hökumətin iclasından sonra çıxış edən dövlət başçısı həmçinin bildirib ki, Türkiyə öz torpaqlarını terror hücumlarından qorumaq üçün icazə istəmək niyyətində deyil.

“Türkiyə ərazisini müdafiə etmək və xarici təhdidləri dəf etmək üçün heç kimdən icazə istəməyəcək. Türkiyənin təhlükəsizlik kəmərini genişləndirmək səyləri heç kəsi narahat etməməlidir”, – Ərdoğan Ankaranın Suriyanın şimalında quru əməliyyatı keçirmək planlarına toxunaraq deyib.