Ərdoğan: “Tanklarımızla hamısının kökünü kəsəcəyik”

0
235

“Ən qısa müddət ərzində bizimlə birlikdə hərəkət edən dostlarımız və əsgərlərimizlə birlikdə, tanklarımızla hamısının kökünü kəsəcəyik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Yusifəli” su anbarının açılış mərasimində Suriyadakı terrorçulara qarşı quru əməliyyatı ehtimalı barədə danışarkən deyib.

Onun sözlərinə görə, ötən həftə İstanbulda törədilmiş terror aktına cavab olaraq terror hədəfləri yerlə yeksan edildi:

“Ölkəmizin sərhədlərinə və vətəndaşlarımıza qarşı hücumun yeri məlumdur. Bu terrorçuları kimlərin himayə etdiyini, silahlandırdığını, cəsarətləndirdiyini bilirik. Çarəsizlikdən deyil, hüquq dövləti olaraq diplomatiyaya, əldə etdiyimiz razılaşmalara, bizə verilən sözlərə axıra kimi riayət etməyə həssaslıq göstərdiyimizə görə səbir edirik”.

“Bu vaxtdan sonra bizim üçün tək meyar var, o da vətəndaşlarımızın təhlükəsizliyidir, bu təhlükəsizlik haradan başlayacaqsa, ora qədər getmək qanuni haqqımızdır”, – deyə o əlavə edib.