Ərdoğan Qarabağdakı gərginlikdən DANIŞDI

0
298

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi səfərindən qayıdan zaman jurnalistlərin suallarını cavablandırıb.

Qarabağdakı gərginliyi, Azərbaycan əsgərinin şəhid olması, ölkəmizin Londondakı səfirliyinə hücum barədə suallara cavabında Ərdoğan bu məsələləri Prezident İlham Əliyevlə müzakirə etdiklərini deyib.

“İki gün əvvəl İlham qardaşımla bu haqda ətraflı danışdıq. Əvvəlcə azərbaycanlı qardaşımızın şəhid olmasına səbəb olan hücumu pisləyirik. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşir. Azərbaycan təbii olaraq öz ərazisində hər hansı qeyri-qanuni silahlı ünsürlərin olmasını istəmir.

Üçtərəfli Bəyanatdan iki ilə yaxın vaxt keçir. Ermənistanın buradakı öhdəliklərini tez bir zamanda yerinə yetirməsi vacibdir. Azərbaycanın Londondakı səfirliyinə hücumu da qəbulolunmaz hesab edirik. Ümid edirik ki, bu hadisə ciddi və ətraflı şəkildə araşdırılacaq və günahkarlar lazımi cəzanı alacaqlar”, – deyə Türkiyə Prezidenti qeyd edib.