Ərdoğan: Qarabağda olan insan qırğını soyqırımı deyilmi?!

0
623

Erməni məsələsində və terrorçuluqla mübarizədə Türkiyəyə insan haqları və demokratiya dərsi verməyə çalışanların hər birinin qanlı keçmişi var.

Bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Ankarada keçirilən 28-ci Məsləhət və Qiymətləndirmə toplantısında səsləndirilib.

“Başda Fransa olmaqla, qondarma “erməni soyqırımı” iddiaları illə bağlı səsləndirilən fikirlərin həqiqətlə heç bir əlaqəsi yoxdur. Fransızlar bizə dərs vermək istəyir. Əlcəzairdə milyon yarım, Ruandada 800 min insanın ölümünə bais olanlar fransızlardır. Son yarım əsrdə Qarabağda, İraqda, Fələstində, Suriyada, Bosniyada, Arakanda olan insan qırğınları soyqırımı deyilmi?

İnsanların və insanlığın müdafiəsində Türkiyənin başı ucadır və bizim bundan geri addım atmağımız da mümkün deyil. Bu gün Suriya, İraq və Afrikada öldürülən milyonlarla insanın qatilinin kimlər olduğunu deməyə ehtiyac yoxdur.

Qətliam, soyqırımı, işgəncələrin, insanlıq cinayətlərinin araşdırılması zamanı bu hadisələrə səbəb olanların bu gün bizə insan haqları və demokratiya dərsi verməyə çalışanların olduğunu görəcəyik”, – Ərdoğan bildirib.