Ərdoğan: “Qara dənizdə Türkiyə tarixində ən böyük təbii qaz yatağı kəşf edildi” – VİDEO

0
718

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dolmabahçə İş Ofisində Qara dənizə qaz yatağının kəşf edildiyini elan edib.

O, bildirib ki, Qara dənizdə “Tuna-1” bölgəsində 320 milyard kubmetr ehtiyatı olan təbii qaz yatağı aşkar edilib:

“Əziz millətim, bəli, sevincimizi birlikdə yaşamaq üçün xoş xəbərlərimizi bölüşmək istəyirəm. Türkiyə Qara dənizdə tarixinin ən böyük təbii qaz kəşfini edib. “Fatih” gəmisi “Tuna-1” quyusunda 320 milyard kubmetr təbii qaz ehtiyatı olan yataq aşkar edib. Yeni təbii qaz kəşflərinin çox olması ehtimal olunur. Bu ehtiyat onun yalnız bir hissəsidir. Davamı ən qısa zamanda gələcək, inşallah”.

Ərdoğan qeyd edib ki, ölkənin üç qazma və iki seysmik tədqiqat gəmisi tamamilə Türkiyə avadanlıqları ilə işləyir:

“Dünya qiymətlərindən aşağı qiymətə başa gələn gəmilərimizlə birlikdə qazma işlərinin vahid dəyəri də çox aşağıdır”.

Ərdoğan qeyd edib ki, məqsəd Qara dəniz qazını 2023-cü ildə xalqa təqdim etməkdir.