Ərdoğan Putinlə Qarabağdakı sülh mərkəzini müzakirə etdi – YENİLƏNİB

0
364

Ərdoğan Putinlə telefon danışığı barədə açıqlama verib. Açıqlamada söhbətin detalları məlum olub. 

“Görüşümüzdə ikitərəfli münasibətlərlə yanaşı, həm də regional məsələləri dəyərləndirdik. 

Cənab Putinə dedim ki, Qarabağda əldə olunmuş atəşkəsi qorumaq üçün birgə səylər göstərmək lazımdır və Ağdamdakı ortaq mərkəz sülhün qorunması üzrə öhdəliyini uğurla yerinə yetirir. 

Görüş zamanı vurğuladım ki, Suriya məsələsini mümkün qədər tez həll etmək bizim ümumi maraqlarımıza uyğundur. Həmçinin Liviyada sabitliyin və sülhün bərqərar edilməsi şansını da əldən vermək olmaz”, – deyə Türkiyə prezidentinin “Telegram” kanalında bildirilir.

17:15

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Türkiyə-Rusiya münasibətlərinin inkişafı üçün atıla biləcək addımların müzakirə olunduğu telefon söhbətində, həmçinin regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Telefon söhbətində Ərdoğan Dağlıq Qarabağda 11 yanvar razılaşmasına əsasən quru və dəmiryolu nəqliyyat xətlərinin bərpasında daha faydalı olması üçün Türkiyə və Rusiya mütəxəssislərinin azərbaycanlı həmkarları ilə görüşə biləcəyini qeyd edib.

Ağdamdakı birgə mərkəzin atəşkəsə nəzarət və yoxlanış vəzifəsini uğurla yerinə yetirdiyini bildirən Türkiyə lideri atəşkəsin qorunması üçün bütün mövzularda ortaq səy göstərilməsinin vacibliyini dilə gətirib