Ərdoğan: Putinlə görüşə çox əhəmiyyət verirəm

0
387

Ümid edirik ki, cənab Putinlə görüşümüzdən sonra bizə vasitəçi rolu təyin olunarsa, bu vəzifədə iştirakı qəbul edəcəyik və inşallah, üzərimizə düşəni etməyə çalışacağıq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Putinlə görüşə çox əhəmiyyət verirəm. Təbii ki, Ukrayna ilə məsələnin ölçüsü daha önəmlidir. Çünki dünyanın gözü buradadır – “Görəsən, Rusiya ilə Ukrayna arasındakı bu problem hara aparacaq” deyə. Təbii ki, məsələnin ən mühüm tərəfi Donbasdır. Donbasdakı hadisələr, sərhəddə baş verənlər dünyanın baxışını bura yönəldib. Ona görə də mübarizəmizi davam etdiririk”, – deyə Ərdoğan bildirib.