Ərdoğan ona ordu generalı rütbəsi verdi

0
549

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ali Hərbi Şuranın iclası keçirilib.

İclasda Ərdoğan Şuranın qərarlarını təsdiqləyib.

Ali Hərbi Şura tərəfindən qəbul edilən qərarlar aşağıdakılardır:

1. 17 general və admiral bir üst rütbəyə qaldırılıb, 51 polkovnik isə general və admiral rütbəsi ilə təltif edilib;

2. 35 general və admiralın vəzifə müddəti bir il, 294 polkovnikin vəzifə müddəti isə iki il uzadılıb;

3. 30 general/admiral təqaüdə göndərilib. Hazırda 226 olan general/admiralların sayı avqustun 30-da 247 olacaq;

4. Baş Qərargah rəisinin müavini, general-leytenant Mətin Gürak ordu generalı, Hərbi Dəniz Qüvvələrinin komandiri, vitse-admiral Ərcümənt Tatlıoğlu isə admiral rütbəsinə yüksəlib.