Ərdoğan iki pillə yüksəldi: Avropanın ən güclü siyasi lideri

0
206

Məşhur “Burson Marsteller” şirkəti dünyanın siyasi liderlərinin Tvitter hesabı ilə bağlı yeni hesabatını yayımlayıb.

Şirkət tərəfindən hazırlanan və dövlət başçılarının Tvitter məlumatlarına əsaslanaraq sosial mediadakı fəaliyyətini ölçmək məqsədi daşıyan “Twiplomacy 2022” hesabatı dərc olunub.

“Burson Marsteller”in hər il keçirdiyi “Tvitterdə ən güclü liderlər” sorğusunda Türkiyə Prezidenti Rəcəb Ərdoğanın profili iki pillə yüksəlib.

Türkiyə prezidenti “ən güclülər” sırasında dünyada üçüncü, Avropada isə birinci yerdə qərarlaşıb.

Şirkətin “Data and Analytics” mütəxəssisləri tərəfindən hazırlanmış alqoritmdən istifadə etdiyi açıqlanıb. Siyahının tvitlərə, retvitlərə, çatmalara, baxışlara, bəyənmələrə və izləyicilərə baxılaraq hazırlandığı bildirilib