Ərdoğan: “Gec də olsa, Qarabağda ədalət təzahür etdi”

0
458

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) ölkələrinin Ankaradakı səfirləri ilə görüşdə Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən danışıb.

Ərdoğan Türkiyənin qardaş Azərbaycanı mübarizəsi boyu dəstəklədiyini bildirib.

O qeyd edib ki, Qarabağda 30 illik gecikmə ilə olsa da, ədalətin təzahür etməsi və bölgənin sabitləşməsi təmin olunub:

“ATƏT-in Minsk Qrupunun 30 ildə həll edə bilmədiyi problem 44 gündə həll edildi. Azərbaycanlı qardaşlarımız yenidən torpaqlarını qazandı”.