Ərdoğan: “Gəlin, 100-cü ilimizə yeni konstitusiya ilə daxil olaq”

0
350

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə hökumətin iclası keçirilib.

Toplantıdan sonra media mənsublarına açıqlama verən dövlət başçısı bir sıra yeniliklərin anonsunu edib.

28 fevral və 27 may dövlət çevrilişlərindən danışan Ərdoğan belə hallara bir daha yol verməmək üçün Türkiyə Respublikasının öz 100 illiyinə yeni konstitusiya ilə daxil olmasının vacibliyini vurğulayıb.

Prezident sabah hökumət tərəfindən İnsan Hüquqlarına dair Fəaliyyət Planını ictimaiyyətə açıqlayacaqlarını bəyan edib və sənədin 9 əsas bölmədən ibarət olmasının anonsunu verib.  

R.T.Ərdoğan həmçinin 2020-ci ildə dünya miqyasındakı sosial və iqtisadi çətinliklərə baxmayaraq, Türkiyə iqtisadiyyatının 1.8 faizlik artıım nümayiş etdirməsini hökumətin ən böyük uğurlarından biri olaraq dəyərləndirib.

Bununla yanaşı, dövlət başçısı həftə sonları Türkiyənin bəzi şəhərlərində küçəyə çıxma qadağasının ləğv olunduğunu da bildirib.