Türkiyədə zəlzələlərdən sonra dağıntılar altından 114 mindən çox insan xilas edilib.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, 114 834 nəfər xilas edilib.
“Konteynerlərin sayını 200 minə çatdıra biləcəyik. 1 il ərzində çadır şəhərlərdə və vilayət şəhərlərində yaşayan vətəndaşlarımızı daimi yaşayış yerlərinə köçürəcəyik. 118 min dağılmış, təcili olaraq sökülməli və ağır zədələnmiş binalardan 412 min sakin təxliyə edilib”, – Ərdoğan qeyd edib.