Ərəblər Azərbaycanda qanunsuz quş ovlayırlar?

0
366

Tovuzun Ceyrançöl qışlağında ərəblərin ov etməsi barədə iddialar yayılıb. 

Bu barədə sosial şəbəkələrdə məlumat yer alıb. 

Bildirilib ki, onlar bəzgək quşları ovlayırlar:

“Hələ bir çadır da qurublar. Ərəblər Ceyrançölə 7-8 avtomobillə gəliblər. Hunanlı adlanan kəndin ərazisindədirlər”.

Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. 

Nazirlikdən bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bəzgək Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxildir.

Xatırladaq ki, hazırda ölkəmizdə ov mövsümüdür.