Ərəb xanımlarla görüş üçün iki milyon qazanacaq

0
543

Sonuncu dəfə “Hakan: Muhafız” serialında rol alan məşhur aktyor Çağatay Ulusoya Yaxın Şərqdən təklif gəlib.

“Gel Konuşalım” proqramının məlumatına əsasən, təklif Çağatayın ərəb fanatları ilə görüşündən ibarətdir.

Serial və kino ulduzu qərarla razılaşsa, 14 fevral tarixində xanım pərəstişkarları ilə şam edəcək. Ona bunun qarşılığıda iki milyon TL ödəniş ediləcəcək.

Qeyd edək ki, Çağataydan əvvəl belə bir təklif Burak Özçivitə gəlmişdi. O, yüksək qonorar qarşılığında fanları ilə görüşmüşdü.