Ərəb ölkələri “Netflix”dən islam dəyərlərinə uyğun gəlməyən materialları silməyi tələb etdilər

0
266

Körfəz ölkələri “Neflix”dən islam və müsəlman cəmiyyəti dəyərlərinə uyğun gəlməyən məzmunu videoarxivdən silməyi tələb ediblər.

Bu barədə Səudiyyə Ərəbistanının vizual və audio media üzrə Baş Komissiyasının bəyanatında bildirlib.

Sənəddə birbaşa olaraq söhbətin nədən getdiyi göstərilməsə də, bəzi uşaq verilişlərinin ənənəvi dəyərlərə zidd olduğu açıqlanıb.

Tənzimləyici vurğulayıb ki, bu tələb yerinə yetirilməsə, krallıq qanuni tədbirlər görməyə məcbur olacaq.