Ərəb ölkələri İrana qarşı birləşdi – Məkkə qətnaməsi

0
826

Ərəb dövlətləri İrana qarşı qətnamə qəbul ediblər.

Qəbul edilən qətnamədə İranın nüvə silahı yaratmasına mane olmaq, eləcə də onun raket proqramına daha sərt məhdudiyyətlərin qoyulması tələb edilib. Ərəb dövlətləri ABŞ-ın İrana münasibətdə həyata keçirdiyi strategiyanı dəstəklədiklərini bildiriblər.

Ərəb liderlərin imzaladığı qətnaməyə yalnız İraq qoşulmayıb. Rəsmi Bağdad qəbul edilən qətnamə ilə razılaşmadığını deyib.

Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanının təşəbbüsü ilə ərəb dövlətlərinin görüşü keçirilib. Görüş Məkkədə baş tutub.