Ən yüksək hərbi xərcləri olan ölkələr – SİYAHI

0
537

2018-ci ildə qlobal hərbi xərclər 1,8 trilyon dollar təşkil edib. Bu, bir il əvvəlki göstəricilərlə müqayisədə 2,6 faiz çoxdur.

“Ria Novosti” məlumatına görə, bu haqda Stokholm Dünya Sülh Problemlərinin Beynəlxalq Tədqiqatı Mərkəzinin (SİPRİ) illik hesabatında deyilir.

Araşdırma nəticələrinə görə, 2018-ci ildə qlobal hərbi xərclər bununla bağlı ilk araşdırmanın aparıldığı ildən bəri (1988-ci il) ən yüksək göstəriciyə malik olub.

“2018-ci ildə dünyanın hərbi xərcləri, soyuq müharibədən sonra hərbi xərclərin ən aşağı həddə çatdığı 1998-ci illə müqayisədə 76% faiz çoxalıb”, – deyə hesabatda qeyd olunur.

SİPRİ-nin hesablamalarına əsasən, hərbi xərclər qlobal ÜDM (ümumi daxili məhsul  red.) 2,1%-ə bərabər olub. Bu, adam başına təxminən 239 dollar edir.

Ən yüksək hərbi xərcləri olan ölkələrin ilk beşliyinə ABŞ, Çin, Səudiyyə Ərəbistanı, Hindistan və Fransa düşüb. Sadalanan ölkələrin müdafiə xərcləri ümumilikdə qlobal xərclərin 60%-ini təşkil edir.