Rusiyanın “İjstal” (İjevsk) xokkey klubu bundan sonra matçın ən yaxşı oyunçusuna “Kalaşnikov” avtomatı verəcək. Bu barədə klubun rəsmi saytında məlumat verilib.
İkinci gün İjevsk xokkeyçiləri Çelyabinskin “Çelmet” komandasına 3:2 hesabı ilə qalib gəlib. Oyundan sonra “İjstal”ın baş məşqçisi Ramil Sayfullin əlində əsl “Kalaşnikov” avtomatı ilə soyunma-geyinmə otağına gəlib.
“Bu maket bundan sonra xokkeyçilərin özlərinin seçdiyi matçın ən yaxşı oyunçusuna təqdim ediləcək. Simvolik mükafatın birinci sahibi qapıçı Saveli Kononov olub”, – klubun məlumatında deyilir.