Ən təhlükəli azərbaycanlı haker: erməni ekspert ad çəkdi – Video

0
473

Erməni media eksperti Samvel Martirosyan Azərbaycanın erməni saytlarına rahatlıq verməyən “ən ziyankar” hakerinin adını açıqlayıb.

Onun sözlərinə görə, Azərbaycanın haker qrupu artıq neçə aydır ki, Ermənistanın hətta dövlət saytlarına da hücum edir.

“Çox güclü komandadır. Biz komandanın rəhbərini müəyyənləşdirməyə nail olmuşuq: onun ləqəbi “Reyncer-13”-dür. Yeni deyillər, onlar illərdir şəbəkədə işləyirlər, elektron ünvanları, Feysbuk, İnstaqram səhifələrini sındırırlar. Onlar üçün heç bir maneə yoxdur”, – o bildirib.