Mütəxəssislər bəzi meyvələrin qurudulduqda vitamin və minerallarının artdığını açıqlayıblar.
Quru meyvələr meyvələrin tərkibindəki suyun 90 faiz qurudulması ilə əldə edilir. Xüsusilə pəhriz saxlayanlar üçün əvəzolunmaz qida sayılır. Meyvələr arasında qurutmaq üçün ən əlverişliləri alma, armud, albalı, ərik, üzüm, tut, kividir. Armud qurusu böyrəklərin davamlı olaraq işləməsinə kömək edir. Yüksək təzyiqi aşağı salır. Armud qurusu hamilə qadınların ürəkbulanmasınının da qarşısını alır. Ərik qurusunun tərkibində isə bol miqdarda D vitamini və kalsium var. Ərik qurusu xərçəngə qarşı qoruyucudur və dərinin yaşlanmasının qarşısını alır. Tut qurusu kalsium, dəmir, B1, B2 və C vitamini ilə zəngindir. Ağ tut qurusu temperaturun aşağı salınmasına, qara tut isə boğaz ağrısına faydalı hesab edilir