Ən çox hansı pul nişanlarından istifadə olunur? – FOTO

0
406

2020-ci ildə Azərbaycanın nağd pul tədavülü 11 milyard 827,7 milyon manat təşkil edib.

Kağız pulların tədavüldə məbləği 11 milyard 744,5 milyon manat (99,3 faiz), metal pul nişanlarının məbləği isə 83,3 milyon manat (0,7 faiz) olub.

Müvafiq dövrdə 267,1 milyon ədəd kağız pul nişanı, 514,2 milyon ədəd metal pul nişanı tədavüldə olub. Ədəd sayına görə, kağız pul nişanlarının tədavüldə çəkisi 34,2 faiz, metal pul nişanlarının xüsusi çəkisi isə 65,8 faizi təşkil edib.

2019-cu illə müqayisə etdikdə tədavüldə olan nağd pulun həcmi 13,8 faiz artıb. Belə ki, 2019-cu ilin sonuna olan göstəricilərlə müqayisədə nağd pul tədavülündə kağız pul nişanlarının məbləğlə həcmi 13,8 faiz, metal pul nişanlarının həcmi isə 10,6 faiz artıb.

Ümumi dövriyyənin 66,5 faizini 100 manatlıq əsginaslar təşkil edib. 200 manatlıq əsginasların çəkisi 15,8 faiz, 50 manatlıqlar isə 10 faiz təşkil edib.

Metal pul nişanlarından məbləğinə görə dövriyyədə ən çox istifadə olunanı 44,1 faizlə “50 qəpik”, 33,2 faizlə “20 qəpik”, 15,9 faizlə “10 qəpik” olub.