Əmanət və kredit faizləri arasında kəskin fərqlər var – Video

0
643

Kommersiya banklarının əmanət və kredit faizləri arasında kəskin fərqlər var. İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə həm milli, həm də xarici valyuta ilə cəlb edilən əmanətlərə görə aşağı, kreditlərə görə isə yüksək faizlər tətbiq edilir.

Xarici valyuda olan əmanət və kredit faizlərinə gəlincə,ən çox fərq Aran, Dağlıq Şirvan və Yuxarı Qarabağ iqtisadi rayonlarında müşahidə edilir.Sözügedən rayonlarda kredit və əmanət faizləri arasında 9 dəfə fərq var. Belə ki, Aran rayonunda kreditlər 18.2, əmanət isə 1.9 faizlə təqdim edilir.

İqtisadçının sözlərinə görə kommersiya banklarının əmanətləri aşağı faizlə qəbul edib yüksək faizlə kredit təqdim etmələrnin heç bir iqtisadi əsası yoxdur.

Vüqar Bayramov deyir ki, bu problemi aradan qaldırmaq üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına təkliflər verilib

Vüqar Bayramov qeyd edib ki, əgər banklar əmanət və kredit faizləri arasındakı fərqi azaltsalar sektorda rəqabət yaranar. Bundan həm vətəndaş, həmdə banklar qazanar.

Xəzər Xəbər