Əməliyyat olunan Afaq Bəşirqızıdan xəbər var

0
330

Xalq artisti Afaq Bəşirqızının oynaqlarına və onurğasına kök hüceyrə köçürülüb.

Bu barədə aktrisanı əməliyyat edən həkim Sevinc Heydərova bildirib.

Onun sözlərinə görə, A.Bəşirqızının diz, bud-çanaq oynağına, boyun və bel nahiyələrinə kök hüceyrə köçürülüb. 

Qeyd edək ki, A.Bəşirqızı xəstəliyindən danışanda demişdi: “1995-ci ildən bu xəstəliklə çalışıram. Metastaz verdi, başqa problemlər yaratdı. Xəstə həkiminə inanırsa, yaxşı sonu olur. Orqanizmimdə çox fəsadlar var. Əməliyyata hazırlaşırdım, heç bir həkim də qarantiya vermirdi. Amma bu əməliyyatı öyrəndim, getdim narkoz aldım və uzandım. İndi sağalma hiss edirəm”.