Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə 1 200 şəxsə iş yerlərinə göndəriş verilib

0
376

Əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı çərçivəsində iş yerlərinə göndəriş verilənlərin sayı 1 200-ə çatıb. Onların mühüm hissəsi şəhid ailələrinin üzvləri və qazilərdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi proqram üzrə iş yerlərinə göndəriş verilənlərin böyük hissəsi ilə artıq əmək müqavilələri bağlanıb. Digərləri ilə də əmək müqaviləsinin bağlanması işləri davam edir.

“Məşğulluq” altsisteminə vakansiyalar yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan işəgötürənlər proqrama https://forms.gle/2kkhuMqDUHUuSjtB6 linkinə daxil olaraq müraciət edə bilərlər. Bu proqram əsasında işlə təmin edilən şəxslərin iki il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.