Əməkdar artist yenidən xəstəxanaya yerləşdirildi – FOTO

0
532

Xərçəng xəstəliyindən əziyyət çəkən, “Toppuş bacı” ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib.

Bu barədə aktrisa sosial media hesabında məlumat verib.

Əməkdar artist xəstəliyinin ağırlaşdığını bildirib:

“Yenə əvvələ qayıtdıq. Yenə bu sevimli, məndən əl çəkməyən 419-cu palata”.

Qeyd edək ki, T.Əliyeva may ayının 4-də saytımızın əməkdaşı ilə söhbətində xərçəng xəstəliyinin yenidən baş qaldırdığını açıqlamışdı:

“Yenidən xərçəng xəstəsiyəm. Şiş indi də böyrək yollarımdadır. Qanım aşağıdır, qalxmır. Bundan bir neçə il öncə uşaqlıq yolunun xərçəngindən əməliyyat olundum. Limfa vəzilərinə qədər sıçramışdı.

Onun da müalicəsini apardım. İndi isə limfada deyil. MRT-nin cavabına əsasən, böyrək yollarında törəmələr aşkarlanıb. Öz həkimlərimə həddən çox güvənirəm. Yaxşı ki, başqa qərar qəbul edib, xaricə getmədim”.