“Əmək” ordeni ilə təltif olunan Xalq artisti: “Xoş xəbəri oğlum çatdırdı” – ÖZƏL

0
475

Prezident İlham Əliyev Niyaməddin Musayevi təltif edib.

Sərəncama əsasən, Azərbaycanda estrada sənətinin inkişafında xidmətlərinə görə Niyaməddin Cabbar oğlu Musayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

N.Musayev təltif olunması ilə bağlı təəssüratlarını bölüşüb:

“Bu xəbəri mənə ilk olaraq oğlum çatdırdı. İnanın ki, sevincimin həddi-hüdudu yoxdur. Sizin redaksiya vasitəsilə cənab Prezident İlham Əliyevə və onun ailəsinə dərin təşəkkürümü bildirirəm. Ulu öndər Heydər Əliyev biz sənət adamlarını qiymətləndirirdisə, oğlu da bu missiyanı şərəflə davam etdirir. “Əmək” ordeni mənim sənətimə verilən daha bir dəyərdir”.

Qeyd edək ki, Xalq artisti Niyaməddin Musayevin iyun ayında 80 yaşı tamam olacaq