Əlləri tez-tez spirtləmək mikrob və bakteriyaları daha da gücləndirəcək – ALİMLƏR

0
447

Koronavirusla bağlı indi əllərini saatlarla yumayan belə sabunu, spirti, dezinfeksiyaedici məhlulu bol istifadə edir. Hər yerdə insanların ovuclarına spirt sıxırlar.

Alimlər antiseptiklərdən həddən artıq istifadənin xeyrindən çox zərərinin olduğunu bildirib və həyəcan təbili çalırlar.

son elmi tədqiqatlar sübut edib ki, əldədüzəltmə spirt qarışıq məhlullar, tibbi spirt, dezinfeksiya vasitələrin ilə əllərin, dərinin səthinin tez-tez yuyulması, silinməsinin bakteriya və mikrobların dözümlüyünü artıracaq.

Bu üsullar müəyyən viruslarda mutasiyalar yaradacaq. Antiseptiklər bakteriyaların DNT elementlərini dağıdır, viruslarda antiseptiki vasitə və preparatlara qarşı immunitet və dözümlülük qazanır.

Koronavirusdan belə yalançı və az effektiv müdafiə metodlarının kütləviləşməsi gələcəkdə yeni və daha güclü infeksiya epidemiyaları yaradıb, insanları bu viruslar qarşısında müdafiəsiz qoyacaq, eləcə də insan ölümləri daha da çox ola bilər.

Kimyəvi məhlullar, təsərrüfat məqsədli təmizləyicilərin viruslara öldürücü təsiri sübut olunmayıb. Spirt, perekis, xlorid benzalkoniya və triklozan dəri və əllərə çox pis təsir edəcək.

Antiseptik məhlullar su deyil, onları da dərman preparatı kimi qəbul edin və istifadəsinə təlimatına uyğun əməl edin.

Eləcə də əlləri yumaq üçün xüsusi antibakterial sabunları seçməyin də bir mənası yoxdur. Heç bir vasitə virusu öldürmür, sadəcə əllərdən təmizləyir. Yuyub təmizləmək üçünsə adi sabun, su yetərlidir. Dərinizin baryerini spirtlə məhv etməyin.