Əliyevin Qubadlı-Zəngilan səfəri türk mediasında

0
339

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarına səfərləri Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Telekanallar, xəbər agentlikləri və qəzetlər Prezident İlham Əliyevin yolboyu ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb məhv edilən ətrafdakı acınacaqlı mənzərə ilə bağlı açıqlamalarını yayıblar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın əsgərlərimizlə səmimi görüşləri, xoş və ürəkaçan münasibətlər, dövlətimizin başçısı tərəfindən Azərbaycan Bayrağının qaldırılması, o cümlədən Müzəffər Ali Baş Komandanın çıxışı qardaş ölkə mediası tərəfindən mühüm xəbər kimi təqdim olunub.

Materiallar səfərin təfsilatını əks etdirən orijinal video və fotolarla birlikdə yayılıb.