Əliyev Paşinyanı bu razılaşmaya məcbur edib: Ermənistan Qarabağdan imtina edir – VİDEO

0
417

Əliyevlə Paşinyan arasında gizli razılıq var: Ermənistan Qarabağ iddiasından imtina edir.

Bu iddia ilə “Hraparak” qəzeti çıxış edib. Nəşrin istinad etdiyi məqam Ermənistan xarici işlər naziri Ara Ayvazyanın “Dağlıq Qarabağdakı status-kvonun dəyişməsi nəticəsində Ankaranın Ermənistanla sərhədləri bağlı saxlaması üçün artıq bir səbəb yoxdur” sözləridir.

Məsələyə yenidən qayıdan və bununla bağlı Ermənistan XİN-ə sorğu göndərən nəşr yazır:

– Azərbaycan münaqişənin bitdiyini elan etdi, Ermənistan tərəfi “öz müqəddəratını təyinetmə” hüququnu xatırladır, hərçənd, XİN rəhbəri deyir: “Ermənistanı blokadada saxlamaq üçün heç bir səbəb yoxdur”. Bu o deməkdir ki, Ermənistan tərəfi də münaqişənin həllini qəbul edir və bütün Dağlıq Qarabağ da daxil olmaqla;
– Suallar yaranır: Ermənistan Qarabağ məsələsindən imtina etməklə bağlı razılığa gəlib? Hökumət niyə yayındırıcı cavablar verir?
– O haqda şübhələr yaranır ki, İlham Əliyevlə Paşinyan arasında daha bir razılıq var: Ermənistan Qarabağa iddiasından əl çəkir;

Bunlar iddia olsa da, istisna da deyil. Çünki Ermənistanın blokadadan çıxması, münasibətlərin normallaşması üçün Azərbaycanın ərazi bütövlüyünü tanıması, Qarabağa iddiadan əl çəkməsi şərtdir. İndiki halda Paşinyanın bunu daxili auditoriyaya qəbul etdirməsi çətindir. Mümkündür ki, Bakı Nikol hakimiyyətinə vaxt tanıyır və İrəvanın erməni ictimaiyyətinə hesablanmış “status” və digər iddialarına göz yumur.