Əlilliyi olan şəxslərə mühərrikli təkərli oturacaq verildi – FOTO

0
341

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin ötən dövründə 528 əlilliyi olan şəxsi təkərli oturacaqla təmin edib.

Nazirlik tərəfindən bu ilin mart ayında ölkəmizdə ilk dəfə olaraq əlilliyi olan şəxslərin mühərrikli təkərli oturacaqla təminatına başlanıb. Ötən iki ayda əlilliyi olan şəxslərə 71 mühərrikli təkərli oturacaq verilib və hazırda proses davam edir.

Türkiyənin “Wollex” sirkətinin istehsalı olan həmin təkərli oturacaqlar mühərrik əsasında işləyir, standartlar daxilində 12 dərəcəli eniş zamanı hərəkət edə bilirlər. Jostiklə idarə edilirlər, jostik üzərində pasiyentin rahatlığı üçün sükan qolu, səsli xəbərdarlıq düyməsi, beşpilləli sürət səviyyəsini tənzimləmə düyməsi yerləşir.

Enerji ilə tam təmin olunduqda 20 kilometr məsafə qət edir. Əlilliyi olan şəxslərə kənar şəxsin köməyi olmadan sərbəst hərəkət etmək imkanı verir.

Ümumilikdə isə Nazirlik tərəfindən bu ilin əvvəlindən 528 əlilliyi olan şəxs təkərli oturacaqla təmin edilib.